Qarabağdan olan erməni uşaqlar Rusiyaya aparılıb
Qarabağı tərk etmiş erməni ailələrindən olan bir qrup uşaq Arxangelsk vilayətindəki "Şimali Artek"ə istirahətə yollanıb.
"Bu gün səhər tezdən "Aeroflot"un reysi ilə İrəvandan və Ermənistanın digər rayonlarından Qarabağı tərk etmiş erməni ailələrindən 14 uşaq istirahət üçün Rusiyaya - "Şimali Artek"ə uçub. Onları valideynləri və Ermənistandakı Rossotrudniçestvo nümayəndələri yola salıblar", - Sputnik.az-ın məlumatında deyilir.
Nümayəndəliyin rəhbəri Vadim Fefilov bildirib ki, Moskva Şeremetyevo hava limanında uşaqlar Arxangelskə uçuş üçün dörd saat gözləyəcəklər, ona görə də Rublev biznes zalında gözləmə müddəti ilə bağlı uşaqlar üçün artıq ödəniş edilib.
"İstirahət mərkəzində uşaqları kvestlər və maarifləndirici əyləncələrlə orijinal layihələr gözləyir. Proqram "Rossotrudniçestvo"nun Ermənistandakı nümayəndəliyi və Şuranın icraçı direktoru Kirill Krınjin təmsil etdiyi Regional və Bələdiyyə Əməkdaşlıq Şurası, Arxangelsk vilayəti hökumətinin, "Şimal Artek" Uşaq İstirahət Mərkəzinin rəhbərliyinin dəstəyi ilə həyata keçirilir", - Rossotrudniçestvo-nun mətbuat xidməti bildirib.