Gürcüstan öz ərazi bütövlüyünün bərpasına hazır olmalıdır
https://azeri.sahartv.ir/news/qafqaz-i413802-gürcüstan_öz_ərazi_bütövlüyünün_bərpasına_hazır_olmalıdır
Hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyası Gürcüstanın ərazi bütövlüyünün bərpası üçün hazırlıqlı olmağa çağırıb.
(last modified 2024-08-20T10:36:07+00:00 )
Avq 20, 2024 14:34 Asia/Baku
  • Gürcüstan öz ərazi bütövlüyünün bərpasına hazır olmalıdır

Hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyası Gürcüstanın ərazi bütövlüyünün bərpası üçün hazırlıqlı olmağa çağırıb.

Gürcüstan ərazi bütövlüyünün bərpasına hazırlaşmalı və bunun üçün ölkə Konstitusiyasına dəyişikliklər etməlidir.

 TASS xəbər verir ki,bu barədə hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının bəyanatında qeyd edilib.

“Ölkəmizin əsas vəzifələrindən biri Gürcüstanın ərazi bütövlüyünün bərpasıdır. Əgər ərazi bütövlüyü sülh yolu ilə bərpa olunarsa, ölkə Konstitusiyasına dəyişiklik etmək lazım gələcək. Çünki Gürcüstanın idarəetmə sistemi və ərazi-dövlət quruluşu yeni reallıqlara uyğun olmalıdır”, - bəyanatda vurğulanıb.

Partiyanın açıqlamasında o da bildirilib ki, ölkə ilə bağlı hər an vəziyyət dəyişə bilər və hakimiyyət də buna hazır olmalıdır.