Rusiya müttəfiqindən Ukraynaya dəstək
Azərbaycan Respublikası prezidenti İlham Əliyev Ukraynanın Müstəqillik Günü ilə əlaqədar Volodimir Zelenskiyə təbrik məktubunda Ərazi bütövlüyü məsələsində qarşılıqlı dəstək və həmrəyliyə təkid edib.
Məktubda deyilir: Ərazi bütövlüyü və suverenlik məsələlərində BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanla Ukrayna qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirirlər. Biz dost Ukrayna xalqına bundan sonra da lazımi humanitar dəstək və yardım göstərmək üçün hər cür səy göstərmək niyyətimizi ifadə edirik.
Məktubda Azərbaycan-Ukrayna dostluğunun və etibarlı tərəfdaşlığının möhkəmləndirilməsi, yolunda birgə səylərin davam etdiriləcəyi vurğulanır.
Qeyd edək ki, avqustun 19-da Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Respublikasına rəsmi səfəri zamanı tərəflər bir daha 2022-ci ilin fevralında imzaladıqları müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannamənin uğurla həyata keçirildiyini bildirdilər.
Vladimir Putin İlham Əliyevlə görüşündə Ukrayna müharibəsi şəraitində Rusiyanın Cənubi Qafqaza diqqətinin artmasının vacibliyini vurğuladı: “Aydındır və hamıya yaxşı məlumdur ki, Rusiya, o cümlədən Ukrayna istiqamətində böhranlarla üzləşir, amma Rusiyanın Cənubi Qafqazda vəziyyətdə tarixi iştirakı son bir neçə ildə bizə bu hadisələrə cəlb olunmağın vacibliyini diktə edir,-Vladimir Putin bildirib.