Avq 25, 2024 13:42 Asia/Baku
  • “Bu sənəd heç də konstitusiyanın tərkibində olması anlamına gəlmir”

Ermənistanın baş naziri ölkənin Müstəqillik Bəyannaməsinin qəbulunun 34-cü ildönümü münasibətilə təbrikində deyib ki, Ermənistan Konstitusiyasında bu bəyannaməyə istinad var, lakin bu heç də bəyannamənin konstitusiyanın tərkibində olması anlamına gəlmir.

Nikol Paşinyan vurğulayıb: “2020-ci il müharibəsindən əvvəl, xüsusilə də müharibədən sonra mən Bəyannamənin mətnini təkrar-təkrar oxumuşam. Etiraf etməliyəm ki, mənim bu sənəddən müharibədən sonra aldığım təəssürat müharibədən əvvəlki təəssüratdan fərqlənirdi”.

O əlavə edib: “2018-ci ildə Ermənistan Respublikasının baş naziri olmazdan əvvəl mən Ermənistanın Müstəqillik Bəyannaməsinə “İncil ayəsi” kimi baxmışam. Halbuki Bəyannamənin lap belə təməl sənəd olsa da, dərin təhlilinə ehtiyac vardı. Çünki bu, həm də nəticələri olan siyasi sənəddir”.