Avq 31, 2024 12:33 Asia/Baku
  • BRİCS ölkələri Moskvada toplandı; qərar qəbul edildi

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovun sədirliyi ilə keçirilən “iqlim dəyişikliyi və davamlı inkişaf” adlı toplantıya İran, Çİn, Braziliya, Cənubi Afrika, BƏƏ-yi, Misir və Hindistanın nazir və nümayəndələri iştirak etmişlər.

BRİCS ölkələrinin bu iclasında iqlim dəyişikliyi və davamlı inkişaf üçün yaxından əməkdaşlıq mövzusunda müzakirələr aparılıb.

İranın Rusiyadakı səfiri Kazim Cəlali BRİKS-in toplantısında çıxış edib. O, çıxışında birtərəfli və qeyri-qanuni sanksiyaların qoyulması nəticəsində ekoloji mühitin qorunmasında yaranan problemlərin, texnoloji yeniliklərin tətbiqi və maliyyə çatışmazlığının yarandığını diqqətə çatdırıb.

“Beynəlxalq səviyyədə mövcud maneələrə baxmayaraq İranda iqlim dəyişikliyinin təsiri müəyyən həddə kontrol edilə bilinib. Bunlardan istehlak normasının təyini və onun qanunvericilklə tənzimlənməsi, milli strateji sənədin tərtibi, karbon qazlarının havaya buraxılmasının önlənməsi və bərpa edilə bilən enerjidən istifadəni qeyd etmək olar”-deyə Kazim Cəlali əlavə edib.

BRİCS ölkələri iclasın sonunda iqlim dəyişikliyi və davamlı inkişaf üçün çərçivə qəbul ediblər. Sənədə iqlimlə bağlı fəaliyyətin bütün əsas aspektləri - ədalətli keçid, təsirin azaldılması, uyğunlaşma, karbon bazarları, maliyyə, elm, biznesin cəlb edilməsi daxildir.

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovun sözlərinə görə, çərçivə assosiasiya üzvlərinə ölkələrin iqtisadi rifahına xələl gətirmədən iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini müəyyən etməyə imkan verəcək.

"Bütün BRİCS ölkələri başa düşürlər ki, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarına və ticarət zəncirlərinə zərbə vururlar", - rusiyalı nazir bildirib.