“Rusiyanın şərhləri səbəbindən kommunikasiyalar bağlı qalıb”
https://azeri.sahartv.ir/news/qafqaz-i414120-rusiyanın_şərhləri_səbəbindən_kommunikasiyalar_bağlı_qalıb
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun regional kommunikasiyaların açılmasının məhz Ermənistan tərəfindən sabotaj edildiyi barədə fikirlərinə münasibət bildirib.
(last modified 2024-08-31T08:48:57+00:00 )
Avq 31, 2024 12:47 Asia/Baku
  • “Rusiyanın şərhləri səbəbindən kommunikasiyalar bağlı qalıb”

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun regional kommunikasiyaların açılmasının məhz Ermənistan tərəfindən sabotaj edildiyi barədə fikirlərinə münasibət bildirib.

N.Paşinyan üçtərəfli bəyanata fraqmental nöqteyi-nəzərdən deyil, bütövlükdə yanaşılmalı olduğunu bildirib və deyib: “Rusiyalı tərəfdaşlarımızın üçtərəfli bəyanata aidiyyəti olmayan və onun ruhuna zidd olan şərhləri səbəbindən regional kommunikasiyalar hələ də açılmayıb”.

O qeyd edib ki, Ermənistan bu məsələni sabotaj etmir, əksinə, kommunikasiyaların açılmasında maraqlıdır. Bu layihə isə “Sülh kəsişməsi” adlanır.