Paşinyandan Lavrova cavab:
“Rusiyanın şərhləri səbəbindən kommunikasiyalar bağlı qalıb”
Avq 31, 2024 16:17 Asia/Baku
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun regional kommunikasiyaların açılmasının məhz Ermənistan tərəfindən sabotaj edildiyi barədə fikirlərinə münasibət bildirib.
N.Paşinyan üçtərəfli bəyanata fraqmental nöqteyi-nəzərdən deyil, bütövlükdə yanaşılmalı olduğunu bildirib və deyib: “Rusiyalı tərəfdaşlarımızın üçtərəfli bəyanata aidiyyəti olmayan və onun ruhuna zidd olan şərhləri səbəbindən regional kommunikasiyalar hələ də açılmayıb”.
O qeyd edib ki, Ermənistan bu məsələni sabotaj etmir, əksinə, kommunikasiyaların açılmasında maraqlıdır. Bu layihə isə “Sülh kəsişməsi” adlanır.