Naxçıvana aparan yola nəzarətin kimə veriləcəyi məsələsi qaranlıq qalır
https://azeri.sahartv.ir/news/qafqaz-i414192-naxçıvana_aparan_yola_nəzarətin_kimə_veriləcəyi_məsələsi_qaranlıq_qalır
Ermənistan Xarici İşlər Nazirliyi Bakı ilə mümkün Naxçıvan-Sünik-Azərbaycan yoluna nəzarətin özəl şirkətə verilməsi məsələsinə aydınlıq gətirməyib.
(last modified 2024-09-03T06:52:28+00:00 )
Sen 03, 2024 10:47 Asia/Baku
  • Naxçıvana aparan yola nəzarətin kimə veriləcəyi məsələsi qaranlıq qalır

Ermənistan Xarici İşlər Nazirliyi Bakı ilə mümkün Naxçıvan-Sünik-Azərbaycan yoluna nəzarətin özəl şirkətə verilməsi məsələsinə aydınlıq gətirməyib.

"Sputnik Ermənistan"ın sorğusuna cavab olaraq Ermənistan XİN-dən bu barədə bildirilib ki, Ermənistan Respublikası suverenliyə hörmət, milli yurisdiksiya, bərabərlik və qarşılıqlılıq prinsiplərinə əsaslanaraq regionda kommunikasiyaların açılması ilə bağlı prosesdə konstruktiv şəkildə iştirak edir.

Bundan əvvəl erməni politoloq Sergey Melkonyan məlumat vermişdi ki, Ermənistan və Azərbaycan xarici işlər nazirləri səviyyəsində keçirilən son görüşdə təhlükəsizlik məsələləri üzrə gələcək kommunikasiyalara nəzarətin beynəlxalq özəl şirkətə verilməsi imkanı müzakirə edilib.

Avqustun 31-də Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşaraq, Naxçıvanı birləşdirəcək yol verməyə hazırdır.