İrakli Kobaxidze: ABŞ-ın sanksiyaları Gürcüstanı qorxutmayacaq
Sen 18, 2024 11:36 Asia/Baku
ABŞ Gürcüstan vətəndaşlarına sanksiyalar tətbiq etməklə, kritik həddə daha da yaxınlaşıb. Bunu Gürcüstanın baş nazir İrakli Kobaxidze deyib.
Baş nazir ABŞ-nin Gürcüstandakı səfiri Robin Dunniqanla görüşü zamanı amerikalı tərəfi münasibətlərə yenidən baxılacağı ilə hədələyib: “Oxşar bir qərar qəbul edilərsə, Gürcüstan-ABŞ əlaqələrinə dair mövqeyimiz yenidən nəzərdən keçirilə bilər”, - Kobaxidze bildirib.
Baş nazir əlavə edib ki, ABŞ Gürcüstanda parlament seçkiləri öncəsi müxalifətin şanslarını artırmaq istəyir, lakin bu addımlar əks effekt verir, çünki sanksiyalar hakim partiyanı qorxutmayacaq.