Sen 20, 2024 15:48 Asia/Baku
  • “3+3” formatında növbəti görüşə hazırlıq gedir

Xarici işlər nazirləri səviyyəsində “3+3” formatında növbəti görüşə hazırlıq davam edir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O, bu gün keçirdiyi brifinqdə təsdiqləyib ki, hazırda xarici işlər nazirlərinin sözügedən formatda Ankarada görüşünün təşkili istiqamətində iş aparılır.

“Ankarada belə bir görüş hazırlanır. Hesab edirəm ki, onun tarixini razılaşma əldə edildikdən sonra bütün ölkələrlə birlikdə elan etsək, düzgün olar. Lakin belə bir görüşün hazırlandığını təsdiq edə bilərəm”, - M.Zaxarova bildirib.

Qeyd edək ki, “3+3” formatı Azərbaycan, Ermənistan və Gürcüstanan ibarət 3 Cənubi Qafqaz ölkəsi üstə gəl bu regionla qonşu olan İran, Türkiyə və Rusiyanı əhatə edir.