Sen 21, 2024 17:42 Asia/Baku
  • Entoni Blinken:  “Ermənistanın yanında olmaqdan qürur duyuruq”

ABŞ dövlət katibi Entoni Blinken Ermənistanın müstəqillik günü münasibəti ilə verdiyi mesajda iki ölkə arasındakı ticarətin son 10 ildə iki dəfə artdığını, ABŞ-ın Ermənistanın enerji təhlükəsizliyini təmin etməyə çalışdığını deyib.

“Ermənistanın müstəqilliyini tanıyan ilk ölkə kimi Birləşmiş Ştatlar Ermənistanın yanında olmaqdan qürur duyur, çünki o, bizim demokratiyalar birliyinin inkişaf edən üzvünə çevrilir”,- Blinken deyib.

ABŞ və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək, Ermənistan dünyaya getdikcə daha çox bağlı olan inklüziv iqtisadiyyat yaradıb. ABŞ və Ermənistan arasında ticarət son on ildə təxminən iki dəfə artıb. Biz Ermənistanın enerji təchizatını diversifikasiya etmək, onun xalqının və regionun enerji təhlükəsizliyini təmin etmək üçün çalışırıq”,- ABŞ dövlət katibi bildirib.

Blinken erməni diasporunun ABŞ-Ermənistan əlaqələrinin gücləndirilməsindəki əvəzedilməz rolunu da xüsusi vurğulayıb: “Münasibətlərimizin əsasını təşkil edən xalqlarımız arasında əlaqələrimiz ABŞ-da və bütün dünyada güclü erməni diasporu tərəfindən möhkəmləndirilməkdə və möhkəmlənməkdə davam edir”.

ABŞ dövlət katibi Cənubi Qafqaz üzrə Ermənistanla birgə fəaliyyətləri də xüsudi vurğulayıb:  “Birgə işləməklə biz Cənubi Qafqazı bir-biri ilə daha bağlı, sabit və təhlükəsiz hala gətirərək xalqlarımız və region üçün daha böyük rifah yarada bilərik”,- Blinken deyib.

 

Teqlər