Sen 22, 2024 11:55 Asia/Baku
  • Bayden və Putin Ermənistanı təbrik ediblər

Ermənistanın müstəqillik günü münasibəti ilə ABŞ və Rusiya prezidentləri Co Bayden və Vladimir Putin Ermənistan baş naziri Nikol Paşinyana təbrik məktubları ünvanlayıblar.

Ermənistan hökumətinin mətbuat xidmətinin verdiyi məlumata görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Baydenin təbrikində deyilir: “Xalqlarımız arasındakı dərin əlaqələrə sövkənərək, Ermənistan və ABŞ daha yaxşı gələcək qurmaq üçün, o cümlədən əlaqələrimizi strateji tərəfdaşlığa yüksəltməklə birlikdə çalışırlar.

Məktubda birlikdə aparılan səylərin bütün sahələri əhatə etdiyi vurğulanıb: “

Bu, təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlığımızın gücləndirilməsindən tutmuş təmiz enerji və ticarətin diversifikasiyası təşəbbüslərimizin sürətləndirilməsinə qədər hər sahədə əməkdaşlığımızı asanlaşdıracaq. Bu strateji tərəfdaşlıq həm də amerikalılar və ermənilər tərəfindən paylaşılan dəyərlər - vətəndaş fəaliyyəti, yaxşı idarəçilik, qanunun aliliyi və antikorrupsiya tədbirləri vasitəsilə Ermənistanın demokratik yolla irəliləyişlə bağlı davamlı səylərini dəstəkləyəcək”,- Baydenin məktubunda deyilir.

ABŞ prezidenti ölkəsinin Ermənistanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və öz gələcəyini təyin etmək hüququnu dəstəklədiyini vurğulayıb.

“ Biz regionda davamlı sülhə nail olmaq üçün davamlı öhdəliyinizi dəstəkləyirik. Biz hər kəsin ləyaqətlə, şərəflə və təhlükəsizliklə yaşaya biləcəyi gələcəyi formalaşdırmaqda davam etmək üçün sizinlə işləməyi səbirsizliklə gözləyirik”, Co Bayden Nikol Paşinyana ünvanladığı məktubda deyib.

Rusiya prezidenti Vladimir Putin də Ermənistan xalqı və dövlətini istiqlal bayramı münasibəti ilə təbrik edib.

Putin: Müttəfiq Rusiya-Ermənistan münasibətlərinin inkişafı xalqlarımızın fundamental maraqlarına cavab verir

Putinin təbrikində belə deyilir: “Dost, müttəfiq Rusiya-Ermənistan münasibətlərinin, o cümlədən ümumi inteqrasiya birlikləri çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyətin gələcək inkişafı, şübhəsiz ki, xalqlarımızın fundamental maraqlarına cavab verir”.

 

Teqlər