Sen 26, 2024 18:28 Asia/Baku
  • “COP29-a qədər sülh müqaviləsinə hazırıq”

Ermənistan Azərbaycanı sülh müqaviləsinin razılaşdırılmış bəndlərini Bakıda COP29-a qədər imzalamağa dəvət edir.

Bu açıqlamanı bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan BMT-də “Sülh naminə liderlik” mövzusunda müzakirələr zamanı səsləndirib.

Baş nazir deyib ki, o və rəhbərlik etdiyi hökumət firavanlıq, sabitlik və sülh naminə münaqişəyə son qoymağa, əməkdaşlığa çevirməyə sadiqdir.

Paşinyan öncə də sentyabrın 9-da demişdi ki, “Sülh müqaviləsinin 80 faizi artıq razılaşdırılıb, o cümlədən 13 maddə və iki maddə qismən razılaşdırılıb – onların hər biri iki cümlədən ibarətdir”.

Azərbaycan Respublikası isə Ermənistana qarşı ciddi  tələb irəli surub və sülhm müqaviləsinin imzalanmasını həmin tələbin gerçəkləşməsi ilə şərtləndirib. Bu da Ermənistan Konstitusiyasından Azərbaycanın əraziləri ilə bağlı müddəaların çıxarılmasıdır. Ancaq bəzilərinə görə bu tələblə sülh müqaviləsinin imzalanması qeyri-mümkündür.

Keçmiş səfir Arif Məmmədov Meydan.tv-yə açıqlamasında İlham Əliyevin son çıxışının Ermənistanla sülh sazişinin imzalanmasının qeyri-mümkün olduğunu göstərdiyini deyib.

“Bu sırada bir çox prinsipial məqamlar var ki, onların razılaşdırılması indiki şəraitdə qeyri-mümkündür. İlk növbədə bu Ermənistan Konstitusiyasında preambula hissəsində dəyişiklik edilməsi tələbidir”,- keçmiş səfir deyib.