Rusiya Yaxın Şərq olaylarına münasibət bildirir
Peskov: Livana endirilən zərbələri və Nəsrullahın qətlini qınayırıq
Okt 01, 2024 12:40 Asia/Baku
Rusiya Livana endirilən zərbələri və Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullahın öldürülməsini qınayır.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında vurğulayıb ki, İsrailin Beyruta endirdiyi zərbələri Yaxın Şərqdəki vəziyyətin ciddi şəkildə gərginləşməsinə gətirib çıxarıb. Bundan əlavə, bu cür hərəkətlər çoxlu sayda insan tələfatı ilə nəticələnib.
Onun sözlərinə görə, Rusiya tərəfi bu cür hərəkətləri qınayır. Əsas odur ki, Livanda yaşayış məntəqələrinin bu cür bombalanması çoxlu sayda insan tələfatına səbəb olur.
O, həmçinin qeyd edib ki, bu cür hadisələr qaçılmaz olaraq humanitar fəlakətə gətirib çıxaraca. Hazırda bənzər hal Qəzzə zolağında müşahidə edilir.