Okt 08, 2024 21:01 Asia/Baku
  • Azərbaycan üçün 4,3 Ermənistan üçün 14-16 milyard dollar

Azərbaycan və Rusiya arasında münasibətlər müsbət məcrada inkişaf edir, tərəflər bir çox maraqlı layihələr həyata keçirirlər.

Bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

Putin əlavə edib ki, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 4,3 milyard dollar təşkil edir, Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının həcmi isə 4 milyard dolları ötür.

Görüş çərçivəsində Rusiya lideri azərbaycanlı həmkarını BRİKS-in Kazanda keçiriləcək sammitində gözlədiyini deyib.

Görüş zamanı Azərbaycan Respublikası prezidenti İlham Əliyev də Putinin Bakı səfərindən sonra ikitərəfli münasibətlərin dinamikasında kifayət qədər irəliləyiş olduğunu deyib. O BRİKS sammitində məmnuniyyətlə iştirak edəcəyini bildirib.

Rusiya prezidenti bu gün Moskvada Ermənistan baş naziri Nikol Paşinyanla da görüşüb. Görüşdə Vladimir Putin iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini bildirib. O ötən il Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin 7.4 milyard dollar təşkil etdiyini və bu ilin sadəcə ilk yarısında bu rəqəmin 8.3 milyard dollar çatdığını xatırladıb. Putin cari milad ilinin sonunadək bu rəqəmin 14-16 milyard dollar təşkil edəcəyinə umidvarlığını bildirib.