Okt 17, 2024 13:37 Asia/Baku
  • Zaxarova: Üçtərəfli razılaşmalara alternativ yoxdur

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Ermənistan baş naziri Nikol Paşinyanın Sünik bölgəsindəki yola ancaq monitorinq funksiyasının Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə verilə biləcəyi ilə bağlı bəyanatına münasibət bildirib.

Zaxarova deyib: “Rusiya, Azərbaycan və Ermənistan liderlərinin tapşırığı ilə yaradılan üçtərəfli işçi qrupu Sünik vilayətindən tranzit olmaqla dəmir yolu əlaqəsinin blokdan çıxarılmasının əsas parametrləri razılaşdırıb. Ona görə də, biz üçtərəfli razılaşmalara alternativ görmürük və bu istiqamətdə işləməyə davam edəcəyik”.

Ermənistan hökuməti üçüncü ölkənin Zəngəzur dəhlizi deyilən yola nazarətinin yolverilməz olduğunu bildirsə də, Rusiya üçtərəfli razılaşmanı rəhbər tutaraq yola nəzarətin Rusiya Federal Sərhəd Qüvvələrinə tapşırılmasında israrlıdır.

 

Teqlər