Okt 18, 2024 16:01 Asia/Baku
  • Ruben Vardanyanın həbs müddəti uzadılıb

Qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” olmuş, 1 il 1 aydır ki, Bakıda həbsdə olan Ruben Vardanyanın həbsdə saxlanma müddəti uzadılıb.Bu barədə Səbail Rayon Məhkəməsində qərar çıxarılıb.

Ruben Vardanyanın işi üzrə istintaq Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edir. Özü də bu qurumun istintaq təcridxanasında saxlanılır.

Səbail Rayon Məhkəməsində DTX-nın müstəntiqinin vəsatəti və istintaqa prosessual nəzarəti həyata keçirən Baş prokurorun təqdimatına baxılıb.Təqdimat təmin edilərək həbs qətimkan tədbirinin müddəti uzadılıb.

56 yaşlı Ruben Vardanyan 1 milyard dollardan çox var-dövlətilə rusiyalı biznesmen kimi “Forbes”in siyahısına daxil olmuşdu. Lakin o, 2022-ci ildə separatçı rejimin dövlət naziri olandan bir ay sonra Rusiya vətəndaşlığından imtina etdi və Ermənistan vətəndaşı oldu.

Ruben Vardanyan terrorçuluğu maliyyələşdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak  və Azərbaycanın dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunur.  

Qərb ölkələrinin rəsmiləri və qrumları vaxtaşırı bəyanatlarda Ruben vardanyan da daxil keçmiş Qarabağ separatçı rejiminin başçılarını erməni əsirlər adlandıraraq rəsmi Bakını dərhal onları azad etməyə çağırırlar.

2023-cü ilin sentyabrında Qarabağda əməliyyatlardan sonra Ruben Vardanyan Laçın dəhlizində saxlanılıb.

Onun ittihamlara münasibəti, özünü təqsirli bilib-bilmədiyi məlum deyil.

Teqlər