Sergey Ryabkov:
Moskva Tehranla fikir mübadiləsi edir
Okt 20, 2024 14:55 Asia/Baku
Moskva Tehranla Yaxın Şərqdəki vəziyyətin qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi edir, bu təmaslara ehtiyac var. Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
"Biz İran tərəfi ilə daim əlaqə saxlayırıq. Təmaslarımız siyasi barometrdəki dalğalanmalardan və hazırda son dərəcə yüksək olan və böyük narahatlıq doğuran regionda gərginliyin dərəcəsindən asılı deyil. Aydındır ki, indiki şəraitdə belə dialoqa tələbat artır və müxtəlif istiqamətlərdə müvafiq qiymətləndirmə və yanaşma mübadiləsi aparılır", nazir müavini bildirib.