Dollar İran və Rusiyanın ticarətindən çıxarılacaq
https://azeri.sahartv.ir/news/qafqaz-i415485-dollar_İran_və_rusiyanın_ticarətindən_çıxarılacaq
Rusiya və İran arasında qarşılıqlı hesablaşmaların 96 %-dən çoxunda milli valyutalar istifadə olunur və 2024-cü il üçün ikitərəfli ticarət dövriyyəsi 12,4 % artıb.
(last modified 2024-10-22T11:05:02+00:00 )
Okt 22, 2024 15:03 Asia/Baku
  • Dollar İran və Rusiyanın ticarətindən çıxarılacaq

Rusiya və İran arasında qarşılıqlı hesablaşmaların 96 %-dən çoxunda milli valyutalar istifadə olunur və 2024-cü il üçün ikitərəfli ticarət dövriyyəsi 12,4 % artıb.

Bu barədə Kremlin mətbuat xidməti iki ölkə prezidentlərinin Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində görüşü ərəfəsində məlumat verib.

“Hər iki ölkənin rəhbərliyi ticarət-iqtisadi əlaqələrin inkişafına prioritet diqqət yetirir. 2023-cü ildə qarşılıqlı ticarət dövriyyəsi müəyyən azalmaya baxmayaraq, 4 milyard dollardan çox olub. Bu il yanvar-avqust aylarının nəticələrinə görə 12,4 % artım qeydə alınıb. Qarşılıqlı hesablaşmalarda milli valyutaların payı 96 %-i keçir”, – məlumatda deyilir.

Qeyd olunub ki, Rusiya və İran nəqliyyat və energetika sahəsində bir neçə iri birgə layihə həyata keçirir.

Kreml qeyd edib ki, Rusiya – İran münasibətləri yüksəliş dövrünü yaşayır. Gözlənilir ki, onlar “hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə” çıxacaq: “Buna İran prezidentinin ayrıca səfəri zamanı müvafiq müqavilənin imzalanması imkan verəcək.”-məlumatda deyilir.