Rusiyalı rəsmi Qərbin təxribatından danışdı
Zaxarova: Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır
Okt 24, 2024 14:05 Asia/Baku
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib ki, Qərb Cənubi Qafqazdakı proseslərə təsir imkanlarını saxlamağa, o cümlədən regionda sabitliyi pozmağa çalışır.
Mariya Zaxarova bu haqda deyib: “Qərb bunun üçün onlar hər şeyə, o cümlədən yeni müharibələrə başlamağa, köhnə münaqişələri aktivləşdirməyə hazırdırlar, mən hələ suveren dövlətlərin işlərinə müdaxilədən danışmıram, çünki onlar bunu mütəmadi olaraq edirlər”.
Zaxarova brifinqdə qeyd edib ki, bu cür davranış ABŞ və Avropa İttifaqı ilə oyun oynamağa çalışan hər kəsə dərs olmalıdır. Onların vədlərinin nə ilə nəticələnəcəyini anlamaq lazımdır. Onlar əvvəlcə qızıl dağlar vəd edəcəklər, lazım gələndə isə öz suverenlik və müstəqilliyindən əl çəkməyi tələb edəcəklər.