Rusiya nüvə sınaqlarının bərpasını araşdıracaq
https://azeri.sahartv.ir/news/qafqaz-i416491-rusiya_nüvə_sınaqlarının_bərpasını_araşdıracaq
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyibdir ki, Moskva nüvə sınaqlarının bərpasını araşdıracaq.
(last modified 2024-11-30T04:39:25+00:00 )
Noy 30, 2024 08:37 Asia/Baku
  • Rusiya nüvə sınaqlarının bərpasını araşdıracaq

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyibdir ki, Moskva nüvə sınaqlarının bərpasını araşdıracaq.

  Ryabkov TASS informasiya agentliyi ilə bu gün səhər saatlarında yayılan müsahibəsində/ «Amerikanın gərginlik yaradan siyasətlərinə cavab olaraq, Rusiya nüvə sınaqlarını bərpa edə bilərmi?» sualının cavabında belə deyib: Bu məsələ gündəmdə durur.

O, əlavə edib: Məsələ olduqca mürəkkəbdir. Bu məsələ ümumiyyətlə və bütün cəhətlərdən ardıcıl şəkildə yenidən baxılma və araşdırılmaqdadır.

Rusiya xəbərdarlıq edibdir ki, əgər Amerika nüvə sınaqları yolunu seçərsə, Moskva da elə həmin üsulla Vaşinqtonun hərəkətinə cavab verəcək.