Fev 12, 2025 17:42 Asia/Baku
  • Azərbaycan – Rusiya arasında ziddiyyətlər artır

Rusiya Xarici İşlər Nazirliyi Rus Evi ilə bağlı təxribatlara məhəl qoymamağa çağırıb.

Rusiya XİN-dən bildirilib ki, sosial şəbəkələrdə Bakıdakı "Rus Evi"nə qarşı Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirmək məqsədi daşıyan dezinformasiya kampaniyası davam edir. Belə ki, Bakı sakinlərini, rus mədəniyyətinə dəyər verən və hörmət edən hər kəsi Bakıda “Rus Evi”nə dəstək məqsədilə müəyyən mitinqdə iştirak etməyə çağıran yalan materiallar yayılır.

Qurumdan bəyab edilib ki, sözügedən saxta paylaşımlar rəsmi çağırışa bənzəmək üçün mümkün qədər üslublaşdırılıb.

Rusiya Xarici İşlər Nazirliyi isə insanları bu cür təxribatlara aldanmamağa çağırıb.

Xatırladaq ki, dünən “Rus evi” Azərbaycanda fəaliyyətinin dayandırmaq üçün tədbirlər gördüyünü bildirib.