Fev 16, 2025 12:07 Asia/Baku
  • Aİ Parlamenti “Gürcü arzusu”nu qeyri-legitim güc elan etdi

Avropa Parlamenti səs çoxluğu ilə “Gürcü arzusu” hökumətini faktiki olaraq qeyri-legitim elan edən qətnamə qəbul edib.

Qətnamədə avropalı qanunvericilər Aİ institutlarını Gürcüstanın hakim partiyasına mənsub olan məmurlara qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.Bu, Avropa Şurası Parlament Assambleyasının Gürcüstanın nümayəndə heyətinin tanınmasını təxirə salmasından cəmi iki həftə sonra baş verib.AŞPA legitimliyin bərpası üçün şərt kimi siyasi məhbusların azad edilməsini və yeni parlament seçkilərinin təşkilini tələb edib.Avropa Parlamentinin qətnaməsinə cavab olaraq “Gürcü arzusu” qərarın Gürcüstana deyil, Aİ-nin özünə zərər vurduğunu iddia edib.Gürcüstanın baş naziri İrakli Kobaxidze bu barədə deyib: “Bu, artıq Avropa Parlamentinin ölkəmizə qarşı qəbul etdiyi altıncı qətnamədir. Lakin bu qətnamə dövlətçiliyimizə xələl gətirməyəcək”.Kobaxidze həmçinin qətnamə müəlliflərini Gürcüstanın keçmiş rəhbərliyini dəstəkləməkdə ittiham edib.Xatırladaq ki, Avropa Parlamentinin deputatları Salome Zurabişvilini Gürcüstanın qanuni prezidenti kimi tanıdıqlarını bir daha təsdiqlədilər.Avropa Parlamentinin fikrincə, böhranı həll etməyin yeganə yolu “yaxın bir neçə ay ərzində, təkmil seçki mühitində, müstəqil və qərəzsiz seçki administrasiyası və beynəlxalq müşahidəçilərin nəzarəti altında” yeni parlament seçkilərinin keçirilməsidir.Bu elə bir haldadır ki, Rusiya ilə əlaqələrin gərginləşdirilməsində maraqlı olan Gürcüstan müxalifəti 26 oktyabr seçkilərinin saxtalaşdırıldığına dair ciddi fakt ortaya qoymayıb və Avropa İttifaqının propaqandasına aldanaraq seçkilərin nəticəsini tanımaqdan imtina edir və ölkədə siyasi böhranın davam etdiyini aşılamağa çalışır.