Fev 17, 2025 20:24 Asia/Baku
  • Alman deputat: Ermənistanı itirməməliyik! - AKTUAL

Almaniya parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rot sosial şəbəkədə bildirib ki, Rusiya imperializmi ucbatından Gürcüstanı və Ermənistanı itirmək düzgün olmazdı.

O, Ermənistanın Avropa İttifaqına doğru atdığı addımı tarixi qərar adlandırıb və deyib: “Ümid edirəm ki, Avropa İttifaqı təkcə xoş sözlər tapmayacaq, həm də Ermənistana fəal şəkildə dəstək verəcəkdir”.Xatırladaq ki, Ermənistan parlamenti fevralın 12-də “Ermənistan Respublikasının Avropa Birliyinə üzvlüklə bağlı prosesə başlaması haqqında” qanun layihəsini ilk oxunuşda qəbul edib. Layihəyə 63 deputat səs verib, yalnız 7 nəfər əleyhinə çıxıb.

Bu qanun layihəsinin təşəbbüskarı “Demokratik Qüvvələr Platforması” vətəndaş təşəbbüsüdür ki, 2 ay ərzində 60 min imza toplaya bilib.

Bu imzalar layihənin Milli Məclisin müzakirəsinə təqdim olunması üçün zəruri idi. Layihə 2024-cü il yanvarın 9-da Ermənistan Respublikası Hökuməti tərəfindən təsdiq edilib.

Görünür, Qərb Rusiyanı Cənubi Qafqazda təcrid etmək yolunu tutub, hazırda onun Gürcüstanla bağlı planı iflasa uğrasa da, Ermənistanı vacib müttəfiqə çevirmək yolunu tutublar, lakin bu məsələ heç də onların istədiyi nəticəni verməyəcək, üstəlik bölgədə sabitliyi kövrək vəziyyətə sala bilər.

Maraqlıdır ki, avropalıların məlum cəhdlərində Azərbaycan Respublikasının adı çəkilmir. Bu isə həmin ölkənin müsəlman ölkəsi olması ilə əlaqədardır. Rəsmi Bakının belə bir yanaşmanın fərqində olub olmaması ciddi sual olaraq gündəmə gəlmişdir. Təbii ki, Azərbaycan İslam dünyasının bir parçası olaraq müsəlmanlığa uyğun identikaya malikdir və onun milli-mənəvi dəyərləri xristian Qərb dünyasına yad bir şeydir.