Fev 18, 2025 11:38 Asia/Baku
  • Robert Koçaryan: Hər yolla Minsk Qrupununu saxlamaq zəruridir

Ermənistanın ikinci Prezidenti, “Hayastan” blokunun rəhbəri Robert Koçaryan ATƏT-in Minsk Qrupunu saxlamağın zəruri olduğunu bildirib.

Koçaryan İrəvanda keçirdiyi mətbuat konfransında deyib: “Hər yolla Minsk Qrupunu saxlamaq lazımdır, çünki əgər indi Minsk Qrupu ləğv olunarsa, bu cür yeni beynəlxalq format yaratmaq çox çətin olacaq”.

O, vurğulayıb ki, ATƏT Minsk Qrupu danışıqlar formatı kimi yaradılıb və qala bilər. Koçaryana görə, yalnız yeni işləyən danışıqlar formatı yaradıldıqdan sonra onu ləğv etmək olar.

Minsk Qrupunun ləğv olunması təklifini Azərbaycanın prezidenti İlham Əliyev irəli sürüb. Ermənistanın baş naziri Nikol Paşinyan isə Minsk Qrupunun ləğv olunması ideyasını dəstəkləyib.

O, Ermənistanın, əgər münaqişə yoxdursa, münaqişənin həlli ilə məşğul olan formatın mövcudluğunun mənasız olduğunu bildirib.

Qeyd edək ki, Minsk Qrupu 28 illik fəaliyyətində Qarabağ münaqişəsinin həlli sahəsində heç bir addım atmadı və hazırda Azərbaycanla Ermənistan onun öz fəaliyyətini bərpa etməsindən ehtiyatlanır, sülh prosesinə əngəl törədə biləcəyini düşünürlər.