Rusiya Avropa İttifaqının Ukrayna ilə bağlı strategiyasını tənqid edir
Lavrov: Liderlərin Münhendə Rusiyaya qarşı çıxışları aqressiv idi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Münhen Təhlükəsizlik Konfransında Avropa İttifaqı liderlərinin çıxışlarını tənqid edib.
Lavrov deyib ki, Münhen Təhlükəsizlik Konfransında Aİ liderlərinin çıxışları xüsusilə Rusiyaya qarşı aqressiv idi.Bundan əvvəl Lavrov sanksiyaların iqtisadi nəticələrinin Aİ ökələrinin özləri üçün acınacaqlı olacağını bildirmişdi.Yeri gəlmişkən bildirək ki, Avropaİttifaqının dünən fevralın 17-də Parisdə keçirilən fövqəladə sammitinin iştirakçıları bildiriblər ki, Ukrayna güc vasitəsilə sülhə layiqdir.Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen iclasın yekunlarına dair açıqlamasında deyib: “Ukraynanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə hörmət edən, etibarlı təhlükəsizlik zəmanəti ilə sülhə hazırıq”.Qeyd edək ki, Avropa liderləri Makronun dəvəti ilə Parisdə Ukrayna ətrafındakı vəziyyətlə bağlı toplantı keçiriblər, onlar Birləşmiş Ştatların Avropadan xəbərsiz Ukrayna barədə hər hansı razılaşma sənədi imzalamasına qarşıdırlar.