Ermənistan müxalifəti Paşinyanın anti-Rusiya siyasətini tənqid edir
Koçaryan: Rusiya bu dərəcədə diqqətdən kənarda qalmamalıdır
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan hökumətin bir-çox məsələdə Rusiya ilə məsafə saxlamasını tənqid edib.
Koçaryan deyib: “Rusiyanın bu dərəcədə diqqətdən kənarda qala biləcəyi bir ölkə olduğunu düşünən hər bir kəs yanılır”.Onun sözlərinə görə, Moskva Ukraynada uğursuzluqlarla üzləşərkən Ermənistan rəhbərliyi geosiyasi oyunlara əl atmaq qərarına gəldi. Bunun ardınca 2022-ci ilin oktyabrında Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyan Praqa Bəyannaməsini imzaladı.Koçaryan iddia edib ki, bu razılaşma Rusiyanın 2020-ci ilin noyabrında Qarabağda müharibəyə son qoyan atəşkəs razılaşmasına əsasən Moskvanın üzərinə götürdüyü vasitəçilik roluna xələl gətirdi.“Bu, ölümcül səhv idi və biz hamımız bunun əvəzini Qarabağın itirilməsi ilə ödədik”, - deyə Köçəryan bildirib.Eks prezident əlavə edib: “Ermənistanda bir çoxları Rusiyanın öz öhdəliklərini niyə yerinə yetirmədiyini soruşurlar. Amma gəlin buna Moskvanın prizmasından baxaq, ruslar həlledici məqamda Rusiyanı tərk edərək düşmən düşərgəsinə keçən Ermənistan üçün vuruşmalı idilər? Sizdən hər hansı biriniz sizə xəyanət etmiş bir dostunuz üçün döyüşə girərmi?”.Robert Koçaryan sonra qeyd edib: “Paşinyan hökuməti anlamalı idi ki, sən Rusiyadan uzaqlaşırsansa, Moskva Qafqazdakı maraqlarını müdafiə edərək, təbii ki, Bakı ilə daha sıx əlaqələr quracaq. Bunu başa düşməmək xarici siyasətdə püxtə olmamağın əlamətidir. Həqiqət sadədir: heç vaxt partnyorunuzun, xüsusən də çox asılı olduğunuz birinin həyati maraqlarına zidd davranmayın”.