Fransanın Marsel şəhərində Rusiya konsulluğu yaxınlığında partlayış baş verib
Fev 24, 2025 14:34 Asia/Baku
Rusiyanın Marseldəki baş konsulu Stanislav Oranski konsulluqda partlayışın baş verdiyini təsdiqləyib.
Ərazi polis tərəfindən mühasirəyə alınıb.Hələlik itkilər barədə məlumat verilmir.Bundan əvvəl Fransa mediası partlayışın konsulluğun yaxınlığında baş verdiyini və hadisə yerinə yanğınsöndürənlərin və polisin göndərildiyini bildirmişdi.Fransa mətbuatı yerli polis mənbəsinə istinadən xəbər verir ki, naməlum şəxslər Rusiyanın Marseldəki konsulluğunun bağçasına iki “Molotov kokteyli” atıblar.Rusiyanın Xarici İşlər Nazirliyi bildirib ki, Moskva Fransadan ölkənin Marseldəki baş konsulluğunda baş verən partlayışın araşdırılması üçün hərtərəfli və təcili tədbirlər görməsini istəyib.