Rusiyanı əsəbiləşdirəcək daha bir qərar:
Sputnik Azərbaycanın fəaliyyəti qadağan edildi
Rusiyaya bağlı Sputnik Azərbaycanın Azərbaycan Respublikasında fəaliyyəti qadağan edilib.
Bu məlumata əsasən, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Bakıda Rus Evinin və “Sputnik Azərbaycan”ın bağlanması fonunda ölkələr arasında münasibətlərə dair sualı cavablandırarkən deyib: “Azərbaycan Rusiya Federasiyası ilə müttəfiqliyin vacibliyini anlayır və Moskva gələcək addımlarında Bakının bunu rəhbər tutacağını gözləyir”.
O, ümid edib ki, rəsmi Bakı gələcək addımlarında münasibətlərin bütün spektrinə aid olan məsələlərdə liderlərin razılaşmalarının yerinə yetirilməsinin müstəsna əhəmiyyətini rəhbər tutacaq.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Sputnik Azərbaycanın fəaliyyətini dayandırdığını bildirib. Onun sözlərinə görə, bir şirkət respublikada yalnız bir müxbir üçün akkreditasiya ala bilər.
Azərbaycanla Rusiya arasında münasibətlər AZAL təyyarəsinin qəzaya uğramasından sonra gərginləşib. Azərbaycan rəsmiləri təyyarənin raketlə vurulduğunu iddia etsələr də, Moskva bu versiyanı qəbul etmir.
Bu arada Qazaxıstan hökumətinin qəza ilə bağlı ilkin hesabatında da təyyarəyə yalnız xarici cisimin toxunduğu bildirilib və həqiqətin ortaya çıxarılması üçün əlavə araşdırmalara ehtiyac olduğu deyilib.