Bu cür müddəalar sülh müqaviləsində müzakirə olunmur
https://azeri.sahartv.ir/news/qafqaz-i418723-bu_cür_müddəalar_sülh_müqaviləsində_müzakirə_olunmur
Ermənistan parlamentinin vitse-spikeri Ermənistan-Azərbaycan sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsi barədə rəsmi Bakının iddialarını təkzib edib.
(last modified 2025-02-25T05:13:11+00:00 )
Fev 25, 2025 09:11 Asia/Baku
  • Bu cür müddəalar sülh müqaviləsində müzakirə olunmur

Ermənistan parlamentinin vitse-spikeri Ermənistan-Azərbaycan sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsi barədə rəsmi Bakının iddialarını təkzib edib.

Qeyd edək ki, Azərbaycan mediaları həmin iki maddədən birinin Sünik bölgəsində dəhlizin yaradılması, digərinin isə Konstitusiyaya aid olduğunu yazır.

Ruben Rubinyan isə buna cavab olaraq deyib: “Ermənistan baş naziri Paşinyanın qeyd etdiyi kimi, hələlik razılaşdırılmamış iki məqam sərhəddə üçüncü qüvvələrin yerləşdirilməsi, digəri isə beynəlxalq strukturlarda bir-biri ilə bağlı şikayətlərlə bağlıdır. Bunu rəsmi Bakı da təsdiqləyib”.