İrəvan Bakının dediklərini təkzib etdi
Bu cür müddəalar sülh müqaviləsində müzakirə olunmur
Fev 25, 2025 12:41 Asia/Baku
Ermənistan parlamentinin vitse-spikeri Ermənistan-Azərbaycan sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsi barədə rəsmi Bakının iddialarını təkzib edib.
Qeyd edək ki, Azərbaycan mediaları həmin iki maddədən birinin Sünik bölgəsində dəhlizin yaradılması, digərinin isə Konstitusiyaya aid olduğunu yazır.
Ruben Rubinyan isə buna cavab olaraq deyib: “Ermənistan baş naziri Paşinyanın qeyd etdiyi kimi, hələlik razılaşdırılmamış iki məqam sərhəddə üçüncü qüvvələrin yerləşdirilməsi, digəri isə beynəlxalq strukturlarda bir-biri ilə bağlı şikayətlərlə bağlıdır. Bunu rəsmi Bakı da təsdiqləyib”.