Fev 27, 2025 18:28 Asia/Baku
  • Paşinyan: Bu, qarşılıqlı olmalıdır

Ermənistanın baş naziri İrəvanda keçirdiyi brifinqdə bəyan edib ki, onun ölkəsi Azərbaycanla dəmir yolu əlaqəsini sadələşdirməyə hazırdır.

Nikol Paşinyan bildirib: “Sülh prosesi dalana dirənməyib, sərhədin delimitasiyası üzrə komissiyalar da işləyir. Onlar bu il əyani və onlayn formatda görüşüblər”.

Baş nazir qeyd edib ki, İrəvanın təklifi Ermənistan və Azərbaycan arasında dəmir yolu əlaqəsinin bərpasını nəzərdə tutur və bu xətt Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə yaratmaq üçün Ermənistanın suveren ərazisindən keçəcək və Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsini sadələşdirilmiş mexanizmlərlə bərpa etməyə hazırdır.

O həmçinin bildirib ki, sülh müqaviləsinin 15 bəndi razılaşdırılıb. Lakin Azərbaycanın tələblərindən biri Aİ missiyası və digər üçüncü ölkələrə aid qüvvələrin sərhəddən çıxarılmasıdır ki, bu da razılaşdırılmayan bəndlər arasındadır. Ancaq hazırda xarici müşahidəçilərin ölkədən çıxarılması ilə bağlı razılığa gəlmək mümkün deyil.

Qeyd edək ki, Ermənistan birtərəfli qaydada Aİ-nin “müşahidə missiyası”nın mandatını 2027-ci ilin fevralına qədər uzadılıb.Daha öncə bildirilib ki, tərəflər bir-birlərinə qarşı beynəlxalq iddiaların geri götürülməsi və üçüncü dövlətlərin nümayəndələrinin sərhəddə yerləşdirilməməsi ilə bağlı bəndləri hələ də razılaşdırmayıblar.

Paşinyanın sözlərinə görə, sülh müqaviləsi Konstitusiya dəyişiklikləri və dəhlizlə bağlı məsələləri əhatə etmir.