Sülh danışıqlarında problem yaranıb
Bakı ilə İrəvanın fikir ayrılıqları öz həllini tapmır
Ermənistan və Azərbaycan ikitərəfli sülh sazişi layihəsində iki maddə üzrə razılığa gələ bilmir.
Bunu Ermənistan baş naziri Nikol Paşinyan Bakının İrəvanın yeni təkliflərinə cavab verdikdən bir gün sonra bildirib.Onun sözlərinə görə, sənəddəki iki məsələ ilə bağlı fikir ayrılığı hələ də qalır.
Xatırladaq ki, hər iki tərəf müzakirə edilən sazişin 17 maddəsindən 15-i üzrə razılığa gəldiklərini bəyan ediblər.
Azərbaycan tərəfi bildirir ki, bu maddələr iki Cənubi Qafqaz ölkəsinin bir-birinə qarşı beynəlxalq məhkəmə iddialarından imtina etməsini və Ermənistan-Azərbaycan sərhədində üçüncü tərəf müşahidəçilərinin və ya qoşunlarının yerləşdirilməsinin qadağan olunmasını ehtiva edir. Bakı sərhəd bölgələrində yerləşdirilmiş Avropa İttifaqı müşahidəçilərinin çıxarılmasını tələb edir.