Mirzoyan: Ermənistan yerinə yetirmədiyi heç bir öhdəlik götürməyib
https://azeri.sahartv.ir/news/qafqaz-i418927-mirzoyan_ermənistan_yerinə_yetirmədiyi_heç_bir_öhdəlik_götürməyib
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına cavab verib.
(last modified 2025-03-07T03:46:29+00:00 )
Mart 07, 2025 07:45 Asia/Baku
  • Mirzoyan: Ermənistan yerinə yetirmədiyi heç bir öhdəlik götürməyib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına cavab verib.

Azərbaycan tərəfinin bəyanatda deyilirdi ki, Ermənistan regionda kommunikasiyaların açılması ilə bağlı öhdəliklərini yerinə yetirmir. Alınan məlumata görə, Mirzoyan parlamentdə “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Lilit Minasyanının sualına cavab olaraq bildirib ki, Ermənistan öz mövqeyində səmimidir və elə bir öhdəlik götürməyib ki, onu yerinə yetirməsin.Mirzoyan vurğulayıb ki, Ermənistan regionda bütün kommunikasiyaların açılmasında maraqlıdır və Azərbaycana konkret təkliflər paketi göndərib.Onun sözlərinə görə, Ermənistan Mərkəzi Asiya və Çindən başlayaraq Azərbaycana uzanan infrastrukturdan istifadə etməklə nəqliyyat və loqistik əlaqələr qurmağa hazırdır.