Putinin Fransa prezidentin cavabı özünü çox gözlətmədi
“Makron kimilərinin arzusu reallaşmayacaq”
Mart 07, 2025 11:21 Asia/Baku
Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronun bu ölkə ilə bağlı iddialarına cavab verib.
Rusiya mətbuatı xəbər verir ki, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Ukrayna müharibəsi iştirakçılarının anaları ilə görüşdə çıxış edən Rusiya dövlət başçısı hələ də Napoleonun dövrünə qayıtmaq istəyənlərin olduğunu söyləyib.Putin deyib ki, onlar bunun necə başa çatdığını yaddan çıxarıblar.Ölkə başçısı hərbçilər sayəsində Makron kimilərinin istəyinin reallaşmayacağını nəzərə çatdırıb.Xatırladaq ki, martın 5-də Makron Rusiyanın Fransa və bütün Avropa üçün təhlükə yaratdığını bildirərək, Avropa İttifaqını müdafiə etmək üçün Fransanın nüvə silahından istifadə imkanlarını müzakirə etməyə çağırıb.