Mart 13, 2025 19:36 Asia/Baku
  • Bakı və İrəvan bir-birinə qarşı iddiaları geri götürür

Ermənistanın xarici işlər naziri bəyan edib ki, Bakı və İrəvan bir-birinə qarşı iddiaları geri götürür.

Bu məlumata əsasən, Ararat Mirzoyan deyib: “Ermənistan və Azərbaycan beynəlxalq platformalardan bir-birinə qarşı iddiaları geri götürməyi müzakirə edirlər”.

Onun sözlərinə görə, iki ölkə beynəlxalq hüquqi platformalarda mübahisələrdən, məhkəmə çəkişmələrindən və bir-birimizə qarşı şikayətlərdən imtina edilməsini müzakirə edir. Bundan əlavə İrəvan və Bakı arasında “Ermənistan-Azərbaycan dövlətlərarası sərhədindən üçüncü tərəflərin çəkilməsi məsələsi” də müzakirə olunur.

Qeyd edək ki, rəsmi Bakı həm də Ermənistan Konstitusiyasına dəyişiklik edilməsində və Sünik bölgəsində maneəsiz keçidin açılmasında israrlıdır.

Bu arada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün jurnalistlərə açıqlamasında İrəvan sülh danışıqlarının yekunlaşdığını söyləyib.