Mart 17, 2025 13:51 Asia/Baku
  • “Azərbaycanın irəli sürdüyü ilkin şərtlər qəbul oluna bilməz”

Ermənistanın XİN rəhbəri bildirib ki, Azərbaycanla sülh sazişinin razılaşdırılmış mətninin imzalanmasından əvvəl Bakının irəli sürdüyü şərtlər qəbul olunmayacaq.

Ararat Mirzoyan parlamentdə jurnalistlərlə söhbətində bildeyib: “Biz Azərbaycan tərəfindən irəli sürülən şərtlərin legitimliyini və gündəliyin bir hissəsi olmasını heç vaxt qəbul etməmişik, sadəcə fikir mübadiləsi olub”.

Mirzoyan qeyd edib ki, belə şərtlərin irəli sürülməsi yaxşı hal deyil.

Xatırladaq ki, Ermənistan və Azərbaycan martın 13-də sülh sazişinin mətninin yekun razılaşdırıldığını elan ediblər. Azərbaycan tərəfi mətn üzərində razılıq əldə olunmasına baxmayaraq, Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbiylə yeni şərtlər irəli sürür.