Türkiyəli jurnalist Azərbaycan hakimiyyətinə öz iradını bildirdi
“Heç kim Azərbaycandan soruşmur: İsraildən niyə silah alırsınız?”
Türkiyəli jurnalist Barçın Yinanç Ermənistanda rəsmi şəxslərlə görüşləri zamanı əldə etdiyi məlumatları təhlil edərkən Azərbaycanın siyasətini tənqid edib.
Barçın Yinanç qeyd edib ki, onun fikrincə, Ermənistanda narahatlıq var ki, Azərbaycan Ermənistan ərazisindən keçən “dəhlizi” hərbi yolla ələ keçirməyə cəhd edə bilər. Ona görə də Ermənistan Fransa və Hindistan kimi ölkələrdən silah alır.
Türkiyəli analitik əlavə edib: “Azərbaycan da İsraildən həm kəşfiyyat məlumatları, həm də silah alır. Heç kim Azərbaycandan soruşmur ki, niyə İsraildən silah alırsan, 50 min fələstinlinin həyatına son qoyan bir rejimin müdafiə sənayesini dəstəkləyirsən, hərbi təyyarələrinin yanacağını tədarük edirsən?”.
Barçın Yinanç-ın sözlərinə görə, Türkiyədə kiçik bir qrup İsrailin Azərbaycanı dəstəkləməsinə qarşı etiraz aksiyası keçirdi. Lakin onlar polis qüvvələri tərəfindən həbs olundular.