Ermənistan və Azərbaycan arasında sülh sazişi layihəsi:
Paşinyan: Mən bu sənədin altına imza atmağa hazıram
Mart 20, 2025 14:44 Asia/Baku
Ermənistanın baş naziri bəyan edib ki, sülh sazişinin altına imza atmağa hazırdır.
Nikol Paşinyan öz Facebook səhifəsində yazıb: “Ermənistan və Azərbaycan arasında sülh sazişi layihəsi razılaşdırılıb və imzalanmasını gözləyir.
Xatırladaq ki, martın 13-də Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi bəyanat yayaraq “Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsinin razılaşdırıldığını və bu razılaşma üzrə danışıqların başa çatdığını təsdiqləmişdir.