Ermənistan parlamentindən yekun qərar:
Avropa İttifaqına üzvlük prosesinə başlanılsın
Ermənistanda Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanun layihəsi qəbul edilib.
Bu məlumata əsasən, Ermənistan parlamenti "Ermənistan Respublikasının Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında" qanun layihəsini ikinci və sonuncu oxunuşda qəbul edib.Qanun layihəsinin qəbul edilməsinin lehinə 64, əleyhinə 7 deputat səs verib.Hakim "Vətəndaş müqaviləsi" fraksiyasının nümayəndələri qanunun qəbul edilməsinin lehinə, "Şərəfim var" müxalifət fraksiyasının deputatları əleyhinə səs veriblər, Müxalifətdə olan "Ermənistan" fraksiyasının nümayəndələri isə səsvermədə iştirak etməyiblər.Xatırladaq ki, yanvarın 9-da Ermənistan hökuməti respublikanın Avropa İttifaqına daxil olması haqqında qanun layihəsini təsdiqləyib. Baş nazir Nikol Paşinyan bəyan edib ki, Ermənistanın Aİ-yə daxil olması ilə bağlı qərar ümumxalq referendumu yolu ilə qəbul edilməlidir.