Putin İranla imzalanan strateji tərəfdaşlıq sazişini parlamentə təqdim etdi
https://azeri.sahartv.ir/news/qafqaz-i419496-putin_İranla_imzalanan_strateji_tərəfdaşlıq_sazişini_parlamentə_təqdim_etdi
Rusiya prezidenti Vladimir Putin ölkəsinin İranla imzaladığı strateji tərəfdaşlıq sazişinin ratifikasiyası məsələsini Federal Məclisin müzakirəsinə təqdim edib.
(last modified 2025-03-27T08:54:13+00:00 )
Mart 27, 2025 11:48 Asia/Baku
  • Putin İranla imzalanan strateji tərəfdaşlıq sazişini parlamentə təqdim etdi

Rusiya prezidenti Vladimir Putin ölkəsinin İranla imzaladığı strateji tərəfdaşlıq sazişinin ratifikasiyası məsələsini Federal Məclisin müzakirəsinə təqdim edib.

Xatırladaq ki, sözügedən saziş yanvarın 17-də Kreml sarayında Rusiya və İran prezidentləri tərəfindən imzalanıb. Sazişin əhatə dairəsinə müdafiə, terrorla mübarizə, energetika, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiya sahələri daxildir.