Apr 17, 2025 14:42 Asia/Baku
  • Hökumətin razılığı olmadan xarici qrant almaq qadağan edilib

Gürcüstan parlamentində hökumətin razılığı olmadan xarici qrantları qadağan edən qanun layihəsi təsdiqlənib

Bu məlumata əsasən, Gürcüstan parlamenti "Vətəndaşların siyasi birlikləri haqqında" Qanun layihəsini müzakirə edib və hökumətin icazəsi olmadan xarici qrantların alınmasını qadağan edən həmin qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.

Bu düzəlişlərə əsasən, siyasi partiyalar mühazirə və seminarlar şəklində xarici ianələr qəbul edə bilməyəcək, beynəlxalq donorlardan isə qeyri-hökumət təşkilatlarına (QHT) qrantların ayrılmasını Gürcüstan hökuməti ilə razılaşdırmaq tələb olunacaq.

Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, QHT və siyasi partiyaların müxtəlif xarici fondlar tərəfindən maliyyələşdirilməsi praktikasına son qoyulacaq.

Gürcüstan müxalifəti bu qanunu repressiv, ölkədə demokratik azadlıqları kobud şəkildə pozan addım kimi qiymətləndirir.