Apr 19, 2025 13:42 Asia/Baku
  • Ermənistan Türkiyə ilə tam normallaşmaya çalışır

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə mediasına müsahibəsində bu ölkə ilə normallaşma səyləri barədə mövqeyini açıqlayıb.

Mirzoyan “Habertürk” telekanalına müsahibəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşünü məhsuldar adlandırıb, Marqara-Əlican sərhəd-keçid məntəqəsinin, Gümrü-Qars dəmir yolunun birgə qiymətləndirilməsi, orta əsrlərə aid Ani körpüsünün bərpası layihəsi kimi artıq atılan ikitərəfli addımlara toxunub.

“Məqsəd tam normallaşmadır”, - deyən Mirzoyan təkcə diplomatik əlaqələri və açıq sərhədləri deyil, həm də ticarət perspektivlərini, birgə enerji təşəbbüslərini və beynəlxalq forumlarda əməkdaşlığı vurğulayıb.

O qeyd edib: “Mənim şəxsi fikrim budur ki, Türkiyə ilə normallaşma faktiki olaraq Ermənistan və Azərbaycan arasında sülhə təkan verəcək”.

2026-cı il seçkilərindən sonra Ermənistanda hökumət dəyişikliyinin sülh prosesini poza biləcəyinə cavab olaraq, Mirzoyan vurğulayıb ki, Ermənistanın baş naziri Nikol Paşinyanın sülh proqramı hələ də ictimaiyyət və parlament tərəfindən dəstəklənir. Bununla belə, o xəbərdarlıq edib ki, tezliklə nəzərəçarpacaq nəticə əldə olunmasa, ictimai rəy dəyişə bilər.