May 21, 2025 15:52 Asia/Baku
  • Putin azad olunmuş Kursk bölgəsinə səfər etdi

Rusiya Prezidenti Vladimir Putin bu gün Ukrayna qüvvələrinin geri çəkilməsindən sonra ilk dəfə olaraq Kursk bölgəsinə səfər edib. Prezident bölgədə fəaliyyət göstərən könüllü təşkilatlarla görüşüb və Kursk-2 atom elektrik stansiyasına baş çəkib.

Putin qeyd edib: “Biz çətin bir dövrdən keçirik və bu çətinliklər hələ də bitməyib. Bəli, düşmən Kursk bölgəsindən çıxarılıb, amma bəziləri hələ də yeraltı sığınacaqlarda və gizli yerlərdə gizlənir. Eləcə də iki-üç nəfərlik qruplar halında meşələrdə gizlənmiş vəziyyətdədirlər.”