İrəvan sülh müqaviləsi ilə bağlı mövqeyini dəyişməyəcək
Mirzoyan: Ermənistan Azərbaycanın irəli sürdüyü ilkin şərti qəbul etmir
Ermənistanın XİN rəhbəri bildirib ki, rəsmi İrəvan sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın ön şərtini mübahisəli gündəm hesab etmir.
Ararat Mirzoyan bu barədə parlamentdə jurnalistlərlə söhbətində öz fikrini izah edərkən deyib: “Ermənistan Azərbaycan tərəfi ilə sülh sazişinin imzalanacağı yer və tarix barədə danışıqlara dərhal başlamağa hazırdır, lakin imzalama üçün Azərbaycanın irəli sürdüyü ilkin şərti qəbul etmir”.
O əlavə edib ki, çoxsaylı məsələlər və iş istiqamətləri mövcuddur – sərhədlərin müəyyənləşdirilməsindən tutmuş humanitar məsələlərə, əsirlərə qədər.
Nazirin sözlərinə görə, Azərbaycan sülh sazişinin yekun imzalanması üçün ATƏT-in Minsk Qrupunun ləğvi və Ermənistan Konstitusiyasının dəyişdirilməsi kimi ilkin şərtlər irəli sürüb.
“Minsk Qrupu ilə bağlı məsələ artıq həll olunub. Ermənistan tərəfi dəfələrlə vurğulayıb ki, Konstitusiyanın dəyişdirilməsi məsələsi qarşılıqlı razılaşdırılmış gündəlikdə yoxdur. Həm Konstitusiyanın dəyişdirilməsi, həm də yeni Konstitusiyanın qəbul edilməsi məsələsi tamamilə Ermənistanın daxili siyasi gündəliyinə və xalqın qərarına aid bir məsələdir”, - deyə Ararat Mirzoyan vurğulayıb.