Noy 02, 2025 13:42 Asia/Baku

Rusiya Müdafiə Nazirliyi şənbə günü Severodvinsk liman şəhərində yeni nüvə sualtı qayığı olan Xabarovskı suya endirdiyini açıqlayıb.

Rusiya Müdafiə Nazirliyinin bəyanatında bildirilib ki, Xabarovsk sualtı qayığının suya buraxılması mərasimi Sevmaş gəmiqayırma müəssisəsində və ölkənin müdafiə naziri Andrey Belousovun iştirakı ilə keçirilib. 

Bəyanatda deyilir: "Xabarovsk strateji raketlər və torpedalar daşımaq qabiliyyətinə malik ağır nüvə sualtı qayığıdır. O, Rubin Mərkəzi Dizayn Bürosu tərəfindən dizayn edilib və müasir sualtı silah sistemləri və çoxməqsədli robot avadanlıqları ilə təchiz olunub.

Rusiya müdafiə naziri mərasimdə bu qayığın strateji əhəmiyyətini vurğulayaraq, deyib: “Bu, tarixi bir andır".