Moskva: Dəməşqlə sıx təmaslarımızı davam etdiririk
Rusiya xarici işlər nazirinin müavini bildirib ki, ölkəsi Suriya rəsmiləri ilə intensiv əlaqələri davam etdirir.
TASS-ın verdiyi məlumata görə, Sergey Verşinin Moskva ilə Dəməşq arasındakı əlaqələrlə bağlı deyib: “Biz Suriya nümayəndələri ilə çox intensiv danışıqlar və təmaslarımızı davam etdiririk. Bu yaxınlarda, Moskvada Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası bu çərçivədə keçirilib".
Bundan əvvəl Suriya Xarici İşlər Nazirliyinin informasiya idarəsi konsulluq və inzibati xidmətlərin bərpası üçün ümumi proqramın hazırlanması məqsədilə bu nazirlikdən texniki heyətin Rusiyaya səfəri barədə məlumat vermişdi.
Suriyanın rəsmi xəbər agentliyi SANA bununla bağlı yazıb ki, bu səfər Suriyanın müvəqqəti hökumətinin rəhbəri, Əbu Məhəmməd əl-Colaninin Moskva səfərinin davamı olaraq, həyata keçirilib.