Ermənistan KTMT-nin Bişkek sammitində iştirak etməyəcək
https://azeri.sahartv.ir/news/qafqaz-i422359-ermənistan_ktmt_nin_bişkek_sammitində_iştirak_etməyəcək
Ermənistan nümayəndələri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Bişkekdə keçiriləcək sammitində iştirak etməyəcəklər.
(last modified 2025-11-25T10:16:18+00:00 )
Noy 25, 2025 14:14 Asia/Baku
  • Ermənistan KTMT-nin Bişkek sammitində iştirak etməyəcək

Ermənistan nümayəndələri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Bişkekdə keçiriləcək sammitində iştirak etməyəcəklər.

TASS xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Bununla belə Rusiya rəsmisinin sözlərinə görə, İrəvan görüşdə bütün sənədlər blokunun qəbul edilməsinin əleyhinə olmadığını elan edib.

KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyası noyabrın 27-də Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək. Sammitdə Qırğızıstan, Belarus, Qazaxıstan, Rusiya və Tacikistan liderləri iştirak edəcəklər".

KTMT sammitində 19 sənədin imzalanması planlaşdırılır.