Erməni-türk sərhədi tezliklə açıla bilər
https://azeri.sahartv.ir/news/qafqaz-i422430-erməni_türk_sərhədi_tezliklə_açıla_bilər
Ermənistanla Türkiyə arasındakı sərhəd tezliklə açıla bilər
(last modified 2025-12-02T07:07:01+00:00 )
Dek 02, 2025 11:04 Asia/Baku
  • Erməni-türk sərhədi tezliklə açıla bilər

Ermənistanla Türkiyə arasındakı sərhəd tezliklə açıla bilər

Ermənistanın Xarici İşlər Nazirliyi bu barədə bildirib ki, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması çərçivəsində əldə edilmiş razılaşmaya uyğun olaraq, noyabrın 28-də erməni-türk sərhədinin Axurik-Akyaka keçid məntəqəsində və Gümrü şəhərində Ermənistan və Türkiyənin müvafiq qurumlarının nümayəndələri görüşüb.

Görüşdə Gümrü-Kars dəmiryolunun bərpası və istismarına yönəlmiş texniki müzakirələrin ikinci mərhələsi keçirilib.

Siyasi analitik Hakob Badalyanın fikrincə, erməni-türk sərhədi üçüncü ölkələrin vətəndaşları üçün tezliklə açıla bilər.