Ulyanov:
Tehranla müzakirələr yalnız nüvə məsələlərinə aid edilməlidir
Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı nümayəndəsi bir mesajda vurğulayıb ki, Tehranla müzakirələr yalnız nüvə məsələlərinə aid edilməlidir.
Mixail Ulyanovun sözlərinə aydınlıq gətirmək üçün öncə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi- İsmayıl Bəqayinin bazar ertəsi günü söylədiyi sözlərə nəzər salaq: İran İslam Respublikasının müdafiə qabiliyyətləri təcavüzkarları İrana hər hansı hücum xəyalından çəkindirmək məqsədilə işlənib hazırlanıb. Bu məsələ, heç bir vəchlə, barəsində söhbət və ya bəhs edilə bilinəcək bir məsələ deyildir.
Mixail Ulyanov məhz bu videonu «X» sosial şəbəkəsindəki şəxsi hesabında yenidən yayıb və altında belə yazıb: Düzdür, müzakirələr yalnız nüvə məsələlərinə aid edilməlidir.
Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı nümayəndəsi qeyd edibdir ki, müzakirələri raket və region təhlükəsizliyinə genişləndirmək üzrə istənilən cəhd, bu məsələni bütünlüklə qanunsuz edəcək.